Dizayner-konstruktor
“Damla Mebel” MMC Azərbaycanın ən böyük mebel istehsalçılarından biridir. Müəssisəmiz müasir və keyfiyyətli mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində dünyaca məşhur şirkətlərə məxsus yalnız ekoloji cəhətdən təmiz və sertifikatlı materiallar istifadə olunur.
Məhsullarımız Qazaxıstan, Gürcüstan, Rusiya,Türkmənistan, Tacikistan, Özbəkistan və digər ölkələrə ixrac olunur.
Vakansiya: Dizayner-konstruktor
Vəzifə öhdəlikləri:
- Götürülmüş ölçülər əsasında proqramlarda qrafik planın hazırlanması;
- Qrafik plan əsasında 3D formatında eskizlərin hazırlanması ;
- İşini keyfiyyətlə və dəqiq yerinə yetirmək;
- Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq;
- Rəhbərinin digər tapşırıqlarını yerinə yetirməlidir.
Namizədə tələblər:
- Ali təhsil ;
- Mebel sahəsində ən azı 3-5 il iş təcrübəsi;
- ArtCAM ,PowerMILL, Corel DRAW, Alphacam, AutoCAD,3 ds Max., Adobe Photoshop proqramlarından yüksək səviyyədə istifadə bacarığı.
İş şəraiti:
- Həftədə 6 iş günü, 1 gün (bazar) istirahət;
- Əmək haqqı: Əmək bazarında rəqbətli əmək haqqı.
- İş yeri Abşeron r-nu, Masazır qəs.,Qurtuluş YK-nin yaxınlığı.
- Servis xidməti fəaliyyət göstərir. (20 Yanvar metrosu,Saray qəsəbəsi,Xırdalan və Sumqayıt şəhərləri üzrə).
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “dizayner-konstruktor” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.